Bakıda 65 yaşlı qadın evində ölü tapılıb


18:06     01 İyul 2020 meyit0.jpg

Bakıda 65 yaşlı qadın mənzilində ölü tapılıb.

Femida.az -IN Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan, 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 637