DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir


13:26     03 İyul 2020 20_07_03_1593769368.jpg


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Femida.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Açar sözlər: #DTX   #XİN   #nazirlik   #əməliyyat  

Oxunub: 3256