2,3 milyon nəfərə sosial təminat növləri üzrə ödənişlər edilib
16:04 03 İyul 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.
İyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 19,25 faiz və ya 77,5 milyon manat çoxdur.
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək