Evini qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
19:25 08 İyul 2020
Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.
Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.(APA)
Femida.az
Oxunub: 885
Oxşar xəbərlər
- Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
- Evinin həyətindən 8 kilodan çox narkotik bitki tapıldı - FOTO
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
- Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir - DİQQƏT!
- Evinin yenidən tikilməsini tələb edən şəxs özünü yandırmaq istədi - FHN əməkdaşları xilas etdi
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq