Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
10:42 22 Yanvar 2021
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə. yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar: "Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Evini qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
- Evinin həyətindən 8 kilodan çox narkotik bitki tapıldı - FOTO
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
- Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir - DİQQƏT!
- Evinin yenidən tikilməsini tələb edən şəxs özünü yandırmaq istədi - FHN əməkdaşları xilas etdi
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq