DİN-dən icra başçısı karantin rejimində oğluna toy etməsi xəbərinə münasibət


12:50     17 İyul 2020 20_07_17_1594975251.jpg

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:

"Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.

DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.

Açar sözlər:

Oxunub: 590