Könüllü xidmət üçün orduya yazılanların sayı 38 minə çatdı


12:49     19 İyul 2020 2020/07/4447_xzawl3yf11_1595148714.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 38 minə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.



Bu barədə Femida.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlara bir daha təşəkkür edib.

Femida.az

Açar sözlər:

Oxunub: 619