Saatlı sakini ehtiyatsızlıqdan anasını öldürdü


12:46     20 İyul 2020 tecili_27476567691.jpg

İyulun 18-də Saatlı rayonunun Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun evinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

R.Qənbərov saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 498