Bərdədə karantin rejimini pozan şəxslər həbs edildi


12:51     20 İyul 2020 2020/06/karantin-cerime_yeni_1591596636.jpg


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q.Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Q.Bayramlı və kafenin müştəriləri - F.Əliyev və B.Hümbətov karantin qaydalarını pozmuş və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.



Femida.az

Açar sözlər:

Oxunub: 580