Orduya könüllü getmək istəyənlərin sayı 50 mini keçdi


16:24     21 İyul 2020 20_07_21_1595334419.jpg


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Bu barəd Femida.az-a Dövlət Xidmətindən bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

Femida.az

Açar sözlər: #ordu   #səfərbərlik  

Oxunub: 1388