Abşeronda ətraf-mühiti çirkləndirən şəxs cərimələnib


12:56     07 Avqust 2020 20_08_07_1596787015.jpg

Ətraf-mühiti çirkləndirən şəxs cərimələnib.

Avqustun 6-da Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində keçirilmiş tədbir nəticəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə sakini Z.Yarışov barəsində protokol tərtib edilərək 3000 manat cərimə edilib.

Açar sözlər:

Oxunub: 778