İki qardaş Kürdə batdı - Biri xilas edildi


11:07     10 Avqust 2020 20_08_10_1597041297.jpg


Yevlax şəhəri ərazisində - Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.

1996-cı il təvəllüdlü Şəhriyar Sahib oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə çayda batıb.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Batan şəxs 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 814