Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb
21:22 11 Avqust 2020
Avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.
Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə ediblər.
İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulanıb.
Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.
Oxunub: 1039
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"