Bakıda zəncirvarı qəza olub - VİDEO


20:06     12 Avqust 2020 20_08_12_1597248424.jpg

Bakıda zəncirvarı yol qəzası olub.

Femida.az -ın məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. “Renault” markalı, 99 SF 946 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 99 EO 557 dövlət nömrə nişanlı maşına çırpılıb. Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib. Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan "Renault" markalı avtomobil hadisə yerindən qaçıb.

Xəsarət alan yoxdur.



Açar sözlər:

Oxunub: 1340