Bu gün MİQ üzrə müsabiqənin test mərhələsi başlayır


09:04     14 Avqust 2020 20_08_14_1597381552.jpg

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu gün Fizika və Fransız dili fənlərindən test imtahanı keçiriləcək.

Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.

İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

Açar sözlər:

Oxunub: 1161