Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb


14:49     18 Avqust 2020 1356524159_polis1_922155415.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində toplantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Femida.az-a cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Gecə saatlarında əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Qeyd edək ki, əməliyyat barədə ilk məlumatı “Qafqazinfo” yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1152