DİN Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib
18:07 18 Avqust 2020
Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.
Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.
Oxunub: 5157
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib