Bakıda sürücü idarəetməni itirdi, ağır xəsarət aldı


09:10     20 Avqust 2020 20_08_20_1597871897.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Süleymanov Vaqif Mikayıl oğlu hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəye çırpılıb və sürücü ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1107