Məhərrəm ayı başlayıb
09:03 21 Avqust 2020
Hicri təqvimi ilə avqustun 21-də Məhərrəm ayı başlayıb.
Femida.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bununla bağlı müraciətində Hicri-qəməri təqvimi ilə 1441-ci ilin başa çatdığı, 1442-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2020-ci il avqustun 21-nə təsadüf etdiyi bildirilib.
Qeyd olunub ki, Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqustun 30-na təsadüf edir.
Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdıqları şəraitdə artması ilə əlaqədardır.
Femida.az
Oxunub: 1001
Oxşar xəbərlər
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib
- Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi
- BDU rektorunun müşavirinin ifadəsi: “O, Abel Məhərrəmovu borca görə məhkəməyə verəcəyini dedi”
- Abel Məhərrəmov haradadır?
- Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Sabahdan Məhərrəm ayı başlayır
- Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiri təyin edilib
- Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi - Foto
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən azad edildi