Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi


16:28     04 May 2022 2022/05/vasif-meherremli-mahnilari-toy_1651667120.jpg

Əməkdar artist Vasif Məhərrəmliyə "Qurd Qapısı" restoranında hücum edilib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində video paylaşaraq açıqlama yayıb.

İfaçı açıqlamasında "Qurd Qapısı" restoranının quldur dəstəsi tərəfindən idarə olunduğunu bildirib və insanları bu restorana getməməyə çağırıb.

"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun", - deyə müğənni bildirib.

Əməkdar artistin dələduzluqda ittiham etdiyi “Qurd Qapısı” restoranı da məsələ ilə bağlı açıqlama yayıb.

İfaçının yaydığı videonun altına restoran rəhbərliyi bu sözləri qeyd edib: “Tərbiyəli insanlarıq. Bizi “Kişi deyilsiz” sözü ilə təhqir etdiniz. Buna görə də sizi polisə şikayət edəcəyik”.

Digər işçilərdən biri isə “110 manat hesab üçün belə edirsən”, - sözlərini yazıb.

Açar sözlər:

Oxunub: 928