İnzibati Xətalar Məcəlləsində seksual məsələ: Cərimələr artdı


21:04     10 Dekabr 2015 1419159582_bakida-zorlama.jpg

1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək


Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir. Femida.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 1633