Kürdəmirdə ər arvadının üzərinə benzin töküb yandırdı
12:44 23 Avqust 2020
İyunun 9-da, saat 06 radələrində Əmirova Şura İslam qızının Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində əri tərəfindən üzərinə benzin tökülərək yandırılması faktı ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Kürdəmir rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 22-də Şura Əmirova müalicə olunduğu xəstəxanada vəfat etdiyindən cinayət işi üzrə əməl rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməklə rayon prokurorluğunun icraatına götürülüb.
Hazırda iş üzrə rayon prokurorluğu tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1198
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb