Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək


14:54     24 Avqust 2020 20_08_24_1598266494.jpg


İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 26-da Bakı şəhəri, Yasamal rayonu, Şixəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi , 2595 məhəllə ünvanında keçiriləcək.


Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.


Femida.az

Açar sözlər:

Oxunub: 1132