Baş Prokurorluğun Instagram səhifəsində sual-cavab sessiyası keçiriləcək


10:59     26 Avqust 2020 2020/08/1598423922183_1rCIebnP_1598425208.jpg

Avqustun 21-də Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğunun mətbuat xidmətindən Femida.az
-a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr.

Açar sözlər:

Oxunub: 963