Qəbələ "ASAN xidmət" mərkəzinə 550 min müraciət olub


22:44     28 Avqust 2020 20_08_28_1598641770.jpg


Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət“ mərkəzinin 10 avqust 2016-ci il tarixində açılışı baş tutub. Mərkəz elə həmin ayda da fəaliyyətə başlayıb. Mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

Femida.az xəbər verir ki, 4 illik fəaliyyəti dövründə mərkəzə ümümilikdə 550.000-dən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda Səyyar ASAN xidmət avtobusu vasitəsi ilə 131.765, mobil səyyar vasitəsi ilə Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Zaqatala, Baləkən, Zərdab, Ucar, Şəki və Qax rayonlarının kənd və qəsəbələrində 25000-dən çox vətəndaş müraciəti qəbul olunub.

Gündəlik orta müraciət sayı 530-a yaxındır.

Qəbələ regional “ASAN xidmət“ mərkəzində 497 nəfər könüllü fəaliyyət göstərib, onlardan 465 nəfəri məzun, 32 nəfər isə cari könüllüdür. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr, tamaşalar, idman yarışları intelektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 1470