Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər cərimə olunublar - FOTO


12:11     30 Avqust 2020 2020/08/1598771019751_PpZuIaKf_1598774561.jpeg

Avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub. Daxili İşlər Nazirliyindən yaFemida.az -a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunublar.

Açar sözlər:

Oxunub: 1117