FHN Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlayıb


09:13     03 Sentyabr 2020 2020/09/413059824_1599108846.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Femida.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1023