Zakir Həsənov Moskvada səfərdədir


11:16     04 Sentyabr 2020 20_09_04_1599203138.jpg

Azərbaycanın Müdafiə naziri, general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib.

Femida.az -ın verdiyi məlumata görə, səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir.

Sentyabrın 5-də isə Azərbaycan Müdafiə naziri "Tank biatlonu" Ordu Idman oyunlarının final mərhələsini izləyəcək.

Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən "Park Patriot" mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək.

Açar sözlər:

Oxunub: 2305