İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə olacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - RƏSMİ
20:12 07 Sentyabr 2020
“İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Femida.az -ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.
V. Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.
Oxunub: 1185
Oxşar xəbərlər
- İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək
- İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə KEÇİRİLƏCƏK
- İbtidai siniflərin yaz tətili başladı
- İbtidai siniflərin yaz tətili başlayır
- İbtidai siniflərin dərs yükü azaldılacaq
- İbtidai istintaq başa çatıb - Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı