İbtidai siniflərin dərs yükü azaldılacaq
23:42 12 Sentyabr 2018
"Məktəbə vaxtında getmək təhsilin vacib göstərisidir. 2012-ci illə müqayisədə bu göstərici yaxşılaşıb. O zaman məktəbə vaxtında getmək yaşında 12 faiz gecikmə var idi, hazırda bu 6 faiz civarındadır".
Femida.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında" çıxışı zamanı deyib. O qeyd edib ki, nöbəti illərdə bu faizin azalması istiqamətinə işlər görüləcək.
Nazir bildirib ki, son 5 ərzində təhsilin əlçatanlığı, keyfiyyətin yüksəlməsi istiqamətinə müsbət dinamika mövcuddur: "Bu il 2090 nəfər 500-600 bal arasında nəticə göstərərək ilk olaraq müəllim ixitasını seçib. Bu da ötən tədris ili ilə müqayisədə 53.6 faiz çoxdur".
Nazir, həmçinin vurğulayıb ki, şagirdlərin dərs yükünün azaldılması istiqamətində intensiv işlər aparılıb.
"Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmə qaydaları layihəsi hazırlanıb. Sabah nazirliyin kollegiya iclasında layihənin geniş müzakirələri keçiriləcək. Sonra yekun qərar veriləcək. Yeniliklərə əsasən, şagirdlərin dərs yükü, xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükündə kifayət qədər azalma nəzərdə tutulub".
Femida.azZe
Oxunub: 330
Oxşar xəbərlər
- İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə olacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - RƏSMİ
- İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək
- İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə KEÇİRİLƏCƏK
- İbtidai siniflərin yaz tətili başladı
- İbtidai siniflərin yaz tətili başlayır
- İbtidai istintaq başa çatıb - Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı