Bugünkü imtahandan bir nəfər xaric olundu


14:58     10 Sentyabr 2020 imtahan8.jpg

İyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

Femida.az xəbər verir ki, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 469