USUS Bankların hesablarından pul oğurlayanları işi ALİ MƏHKƏMƏDƏ

Bankların hesablarından pul oğurlayanları işi ALİ MƏHKƏMƏDƏ


21:41     11 Dekabr 2015 ali%20mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda internetlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Fərid Şövqi oğlu Hadiyev, Yaşar Bayram oğlu Ələkbərov, Nair İlişayeviç İfraimov və Rinat İliç Aqarunov barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın Reporta istinadən məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Qeyd edək ki, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Bu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 1237