YAP-da Siyavuş Novruzovun yerinə təyinat oldu


13:40     15 Sentyabr 2020 2020/09/images_5_115174834101544175059_1600162919.jpg

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov partiyanın icra katibinin müavini təyin olunub.

Femida.az xəbər verir ki, bu barədə YAP Qaradağ rayon təşkilatının rəsmisi, “Qarabağ” döyüş növləri klub prezidenti Aqşin Hüseynov məlumat verib.

Bundan başqa, deputat partiyanın Təşkilat şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov olub. O, partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Femida.az

Açar sözlər:

Oxunub: 690