Bu il daha iki DOST mərkəzi açılacaq
14:23 22 Sentyabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin rəhbərliyi ilə onlayn iclas keçirilib.
DOST Agentliyindən Femida.az-a verilən məlumata görə, iclasda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədr müavinləri, müvafiq departament və şöbələrin rəhbərləri, o cümlədən DOST mərkəzlərinin memarlıq, planlaşdırma və tikinti işlərini həyata keçirən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.
İclasda Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edəcək 4 saylı Bakı DOST Mərkəzi, Abşeron, Bərdə, Sumqayıt, Quba və Sabirabad DOST mərkəzləri ilə bağlı məlumatlar verilib. Podratçı şirkətlərin nümayəndələri işlərin icra vəziyyəti ilə bağlı hesabat veriblər. Qeyd olunub ki, bu ilin sonuna qədər 4 saylı Bakı DOST Mərkəzi və Abşeron DOST Mərkəzinin açılışı planlaşdırılır. Bu səbəbdən də işlərin plana uyğun olaraq icrasının zəruri olduğu vurğulanıb.
İclas mövcud vəziyyətin və qarşıda duran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Femida.az
Oxunub: 612
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir