Bakıda havaya atəş açan şəxs saxlanılıb
11:50 23 Sentyabr 2020
Bakıda havaya atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Femida.az - a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.
Oxunub: 362
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var