FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb


09:16     25 Sentyabr 2020 2020/09/1600994464924_TEEqEBsq_1601011043.jpeg

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Bu barədə Femida.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib.

Restoranın qalan hissəsi və tutumu 50 litr olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 407