Ermənistanda səfərbərlik elan edildi
13:08 27 Sentyabr 2020
Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.
Femida.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də "hərbi vəziyyət rejimi" tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.
Qarabağda erməni sakinlər arasında vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb. Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.
"Qərar dərc olunduğu andan qüvvəyə minəcək. Qoşunlarda qeydiyyata alınmış şəxsi heyətləri öz ərazi hərbi komissarlıqlarına getməyə çağırıram", - deyə Paşinyan "Facebok" səhifəsində yazıb.
Femida.az
Oxunub: 664
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"