“Moskva XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov
21:40 30 Sentyabr 2020
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və ermənistanlı həmkarı Zohrab Mnatskanyanla telefonla danışıb.
Femida.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, Lavrov hər iki tərəflə Qarabağdakı hazırkı situasiyanı müzakirə edib. Həmçinin Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsinə görə ciddi narahatlığını ifadə edib: “Rusiya həm özü, həm də Minsk Qrupunun digər həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinə şərait yaratmağa yönəlmiş vasitəçilik səylərini davam etdirəcək”.
Bundan əlavə, diqqətə çatdırılıb ki, Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib