Təyyarə və helikopterin vurulması xəbəri yalandır - RƏSMİ
12:18 01 Oktyabr 2020
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır.
Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - deyə nazirlik rəsmisi qeyd edib.
Femida.az
Oxunub: 664
Oxşar xəbərlər
- Təyyarə ilə Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldılıb
- Təyyarədə bu əşyaların daşınmasına icazə verildi
- Təyyarədə bunu edənlər 100 manat cərimələnəcək — Hüquqi yardım
- Təyyarədə doğulan uşaq Azərbaycan vətəndaşı sayılırmı? - VİDEO
- Təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var
- Təyyarə qəzası Pakistanda 19 nəfərin ölümünə səbəb oldu
- Təyyarəyə gecikən ərəb turist aeraport işçisini döydü - VİDEO
- Təyyarədə yaranan qulaq ağrısı: Nə etmək lazımdır?
- Təyyarəni vurub, pilotu əsir götürdülər
- Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var? - AÇIQLAMA