Pakistandan Azərbaycana növbəti dəstək


12:52     02 Oktyabr 2020 pakistan%20azer6.jpg

Pakistan ordusunun Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşməsi barədə mediada yayılan iddialar spekulyativ və əsassızdır.

Femida.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti açıqlama yayıb.
Pakistan XİN bu cür xəbərləri məsuliyyətsizlik adlandırıb.

Rəsmi İslamabad məsələ ilə bağlı mövqeyini bir daha xatırladaraq, Pakistanın Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən narahat olduğunu bəyan edib.

“Erməni silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini intensiv atəşə tutması acınacaqlıdır və qınanmalıdır.
Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatı dayandırmalıdır.

Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir və bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğundur".

Femida.az

Açar sözlər:

Oxunub: 747