Rusiya aviaşirkətlərinə Azərbaycana uçuşların yerinə yetirilməsinə icazə verilib
10:01 06 Oktyabr 2020
Rusiya aviaşirkətlərinə 24 ölkəyə müntəzəm uçuşların yerinə yetirilməsinə icazə verilib. Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") bununla bağlı müvafiq qərar imzalayıb.
Femida.az -ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, siyahıda həmçinin hava əlaqəsi hələ bərpa olunmayan ölkələr də yer alıb.
Beləliklə, Rusiya aviaşirkətləri hava əlaqəsi artıq bərpa olunmuş Belarus, Böyük Britaniya, Misir, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, BƏƏ, Türkiyə və Tanzaniya, həmçinin, hava əlaqəsi hələ bərpa olunmamış Azərbaycan, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Çin, Malta, Niderland, Səudiyyə Ərəbistanı, Türkmənistan, Çexiya, Özbəkistan və Ermənistana uçuşların yerinə yetirilməsinə dair icazə alıb.
Aviadaşıyıcılara, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Kubaya çarter uçuşlarına icazə verilib.
"Rosaviasiya" nümayəndəsinin sözlərinə görə, bu sənəd uçuşların bərpası demək deyil.
Rusiyanın Nəqliyyat Nazirliyindən ötən gün bildirilib ki, "Rosaviasiya" müxtəlif ölkələrin hökumətləri ilə aviareyslərin bərpası, uçuşların azaldılması və ya uçuşların dayandırılması barədə danışıqlar aparır.
Qeyd edək ki, Rusiya koronavirus pandemiyası fonunda mart ayının sonunda digər ölkələrlə müntəzəm və çarter reysləri üzrə uçuşları dayandırmışdı. Daha sonra məhdudiyyətlər tədricən götürülməyə başlanıldı.
Oxunub: 493
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib