Ermənilər döyüş mövqelərini tərk edərək qaçıb


20:08     06 Oktyabr 2020 2018/09/mudafie_nazirliyi_yuzerpik_095_1537169796.jpg

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş mövqelərini tərk edərək qaçıb.

Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, düşmən hərbçiləri bir neçə məntəqəni tərk edib.

"Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ildə xeyli düşmən hərbçisini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb. Əks hücum əməliyyatları davam edir. Düşmən depressiya vəziyyətindədir", - deyə A.Eyvazov qeyd edib

Femida.az

Açar sözlər:

Oxunub: 430