Cəbrayılda ermənilər tarixi abidələri dağıdıb, qanunsuz təsərrüfatla məşğul olublar (FOTO)
09:27 09 Oktyabr 2020
“Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirdən məlum olur ki, 27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.
Femida.az-ın məlumatına görə, bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.
Məlumata görə, həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.
Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti hələ ki Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Kamran Əliyev İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərini qəbul edib
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb
- İran Cəbrayılda xəstəxana tikəcək
- Rafael Cəbrayılovun cinayət işində zərərçəkmişlər məhkəməyə məcburi gətiriləcək