Kamran Əliyev İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərini qəbul edib
19:22 05 İyul 2022
İyulun 5-də Baş prokuror Kamran Əliyev İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Saatlı, Sabirabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 39 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Saatlı, Sabirabad və Cəbrayıl rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Oxunub: 333
Oxşar xəbərlər
- Kamran Əliyev əmr imzalayıb
- Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib
- Kamran Əliyev: “Ötən il rüşvət cinayətləri 2 dəfə artıb”
- Kamran Əliyev yeni şöbə rəisi təyin edib
- Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
- Kamran Əliyev azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyəti ilə bağlı tapşırıqlar verib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Kamran Əliyev: "Baş verən bütün intihar hadisələri nəzarətdədir"
- Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə danışdı
- Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb