Ermənistan ordusunun polkovnik-leytenantı məhv edildi


10:32     09 Oktyabr 2020 20_10_09_1602225173.jpg

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.



Femida.az

Açar sözlər: #Ermənistan   #ordu   #polkovnik  

Oxunub: 442