“Türkiyə Moskva razılaşmasını dəstəkləyir” - Lavrov


16:37     12 Oktyabr 2020 2020/10/5f84332e70380e0e209af877_1602506355.jpg

Türkiyə Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinə dair 10 oktyabrda qəbul edilmiş Moskva razılaşmasını dəstəkləyir.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bazar günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yenidən danışıb və rəsmi Ankaranın Moskva razılaşmasına verdiyi dəstək təsdiqlənib.

Xatırladaq ki, 10 oktyabrda Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Qarabağda humanitar atəşkəs haqqında razılığa gəliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 616