MN: Ermənistanın İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır
19:44 23 Oktyabr 2020
Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.
Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.
Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.
Oxunub: 424
Oxşar xəbərlər
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"
- Azərbaycan MN: "Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır"
- MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
- Ukrayna MN: "Müharibədə dönüş nöqtəsi artıq başlayıb"
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- MN: "Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır"
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"