Xarici diplomatlar Bərdə və Tərtərə gedir


09:33     29 Oktyabr 2020 hikmet%20haciyev7.jpg

Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

H.Hacıyev qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər: "Diplomatik korpuslara anlayışlarına görə təşəkkür edirik".

Femida.az

Açar sözlər:

Oxunub: 452