Xarici diplomların tanınması qaydası dəyişib
14:47 16 Noyabr 2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.
Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.
Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 574
Oxşar xəbərlər
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır
- Brüsseldə sülh gündəliyi və növbəti diplomatik qələbə: Azərbaycanın 5 maddəlik təklifləri qəbul olundu
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- Diplomat Vəhdət Sultanzadə vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib
- Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb