Türkiyənin Müdafiə naziri Bakıya gələcək
15:19 01 Noyabr 2020
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, görüşdə çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Prezidentlərinin onlara bir tapşırığı var: “Bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.
Nazir əlavə edib ki, Türkiyə Azərbaycanın döyüş meydanındakı qələbələri ilə fəxr edir: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu ilin avqust ayında da Azərbaycana səfər etmişdi.
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Türkiyənin 2 hərbçisi şəhid olub
- Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib
- Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
- Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub
- Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
- Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək
- Türkiyənin məşhur şairi vəfat edib
- Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib
- Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
- Türkiyənin Mehteran Birliyinin nümayəndələri Azərbaycana gəlib